Siyasət

Ohanyanın Qarabağa “ev sahibi” kimi qayıdış “planı”...

13 Noyabr 2023 07:55
Baxış: 1 402

Ermənistanın keçmiş müdafiə naziri, Köçəryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır. Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir. Yəni Minsk Qrupu yenidən işə düşməlidir və s.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

"Bakı-İrəvan xəttində müzakirə mövzusu olmaqdan çıxan Qarabağ Ermənistanın daxili siyasətində iqtidar-müxalifət məsələsinə çevrilib. Ohanyanın dedikləri də firqə davasından qaynaqlanır. Lakin erməni revanşistlərin - daşnakların Qarabağ iddiasını daim diri saxlayamağa çalışacağı və şəraitin yaranacağı günə qədər gözləyəcəkləri də bəllidir. Ermənistanda onların qarşısını alacaq yeganə tərəf isə hələ ki Paşinyandır", - o bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.