Xankəndidə keçirilən hərbi parad beynəlxalq mətbuatın diqqətində - FOTO
Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirindən bir neçə həftə sonra Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi parad beynəlxalq mətbuatın diqqətində olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "TRT World", "BBC", "AFP", "Bluewin" (İsveçrə), "La Pressa" (Kanada), "The Nation" (Pakistan) media orqanları, eləcə də Türkiyə, Yunanıstan, Fransa, İsveçrə, Bosniya və Herseqovina, Serbiya və digər ölkələrin bir sıra mətbu nəşrləri bu mövzunu geniş işıqlandırıblar.
Məqalələrdə diqqətə çatdırılır ki, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan qoşunları və hərbi orkestr parad keçirib. Separatçıların siyasi rəhbərliyinin qərargahının yerləşdiyi binada Azərbaycan bayrağının dalğalandığını da görmək mümkündür.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü hərbi paradda iştirak edərək, Bakının bu əraziləri separatçı ermənilərdən geri almasından bir neçə həftə sonra Ermənistana istənilən "qisas" ruhunun baş qaldırması ehtimalına qarşı xəbərdarlıq edib.
Məqalələrdə Ali Baş Komandan İlham Əliyevin hərbi paraddakı çıxışından iqtibaslar da dərc ediblər və onun Azərbaycanın vətən torpaqlarını əzm və qətiyyətlə düşmən tapdağından azad etməsinə, bundan sonra da eyni qətiyyətli mövqeyi nümayiş etdirəcəyinə dair fikirlərinə yer veriblər: "Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin".
Dövlət başçısının hələ də qisasçılıq arzuları ilə yaşayanlara ünvanladığı fikirlər isə müxtəlif dillərdə yazılan məqalələrdə tirajlanıb: "Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin!".
Məqalələrdə həmçinin diqqətə çatdırılıb ki, mərasimdə dövlət başçısının xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev də iştirak ediblər.
Daha sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi və 30 il ərzində aparılan nəticəsiz danışıqlar, 44 günlük müharibə və ondan sonra yaranmış yeni siyasi vəziyyət, eləcə də tərəflər arasında sülh sazişi istiqamətindəki səylərdən bəhs olunub.
Pakistanın "The Nation" nəşrində "Azərbaycan: millətlər və mədəniyyətlər körpüsü" başlıqlı məqalədə Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın fərqləndirici cəhətləri, onun resurs və imkanları, regionun inkişafı üçün oynaya biləcəyi strateji roldan bəhs edilib. Məqalədə qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan nəinki diqqətəlayiq iqtisadi müxtəlifliyə nail olub, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində görkəmli oyunçu kimi formalaşıb. Prezidentin davamlılıq və ekoloji məsuliyyətə sadiqliyi, qlobal iqlim böhranının yumşaldılmasında həlledici addım olan ölkənin bərpa olunan enerji mənbələrinə keçidi də nümunədir.
Məqalədə diqqətə çatdırılır ki, son onilliklərdə sürətlə inkişaf edən Azərbaycanın hekayəsi gələcək üçün vədlər və firavanlıq hekayəsidir. O, davamlılıq, qətiyyət və mədəni ənənələrin qorunması üçün ilham mənbəyi kimi xidmət edir. Xalq nəinki tarixin fırtınalarına sinə gərib, həm də müasir dünyanın imkanlarını mənimsəyib. Geosiyasi əhəmiyyətin və mədəni irsin birləşməsinin valehedici rəqsə bənzədiyi bir dünyada Azərbaycan parlaq bələdçi ulduz - gücün, birliyin və hüdudsuz inkişafın təcəssümü kimi çıxış edir və hamını öz parlaq parıltısında qürurlanmağa açıq dəvət edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi





