Siyasət

İlham Əliyev: Bu, tarixi hadisədir

8 Noyabr 2023 15:50
Baxış: 513

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

"Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq", - deyə dövlətimizin başçısı bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.