Siyasət

Prezidentdən bu qurumun işçiləri ilə bağlı sərəncam

31 Oktyabr 2023 16:51
Baxış: 2 734

Prezident İlham Əliyev 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi"ndə dəyişiklik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, maliyyələşdirmə məsələləri dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.