Prezidentin son 20 ildə imzaladığı fərman və sərəncamların sayı açıqlandı
2003-2023-cü illərdə Prezident İlham Əliyev tərəfindən bir çoxu sosial-iqtisadi xarakterli olmaqla ümumilikdə 6080-dən çox fərman və 14 min 290-dan artıq sərəncam imzalanıb.
Bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Azərbaycan Qəzetində dərc edilən məqaləsində qeyd edilib.
Bildirilib ki, dövlətimizin başçısı müasir dünyagörüşünə malik, islahatçı lider olmaqla, idarəetmə mexanizminin müasir trendlər əsasında durmadan təkmilləşməsi, ictimai həmrəyliyin güclənməsi üçün çox mühüm təşəbbüslər irəli sürür, vətəndaşa və xalqa xidmətin yeni standartlarını və modellərini müəyyənləşdirir.
"Bu baxımdan 2022-ci ilin martında Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması xüsusi qeyd edilməlidir. Vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması məqsədilə yaradılan mərkəz bu işin təşkili üçün hər cür şəraitə malikdir. Ümumiyyətlə, Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.
Prezident İlham Əliyevə hər gün xeyli sayda minnətdarlıq məktubu ünvanlanır. İnsanların dərin minnətdarlıq duyğularını, həyata keçirilən siyasətdən razılığını əks etdirən səmimi ürək sözləri - məktubları vətəndaş məmnunluğunun əsas göstəricilərindən biri sayıla bilər. Vətəndaşlar Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi, problemlərin həlli üçün görülən işlərə görə razılıq və sevinc hisslərini minnətdarlıq məktubları vasitəsilə dövlət başçısına çatdırmağı öz mənəvi borcları hesab edirlər. Çoxsaylı məktublar həm də ölkə rəhbərinin Azərbaycanın hərtərəfli inkişafı yolunda böyük inamla, qətiyyətlə və əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərə vətəndaşlar tərəfindən verilən ən yüksək qiymətdir", - deyə bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Benzin və dizellə bağlı mühüm xəbər
-
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
-
Konsert biletlərinə görə pulun bir hissəsi geri qaytarılacaq
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)





