Siyasət

Paşinyan niyə Brüsseldən sülh sazişi üçün kömək istədi?

17 Oktyabr 2023 21:58
Baxış: 984

Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi "ilin sonuna qədər" ifadəsini işlədib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğu qeyd edib.

O bildirib ki, Paşinyan "İqtidarda olan partiya kimi bizim siyasi iradəmiz var" deyib və sülh sazişinin imzalanması məsələsində Avropa Birliyindən dəstək istəyib:

"Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu nümayiş etdirir. Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması mümkündür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.