Siyasət

Prezident: Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır

7 Oktyabr 2023 22:25
Baxış: 1 696

Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı deyib.

Prezident bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.