Səfir “France 24” telekanalında Ermənistana çağırış etdi
Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov "France 24" telekanalının ispan dilində yayımlanan efirində debat proqramının qonağı olub, Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən son hadisələr və Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesi haqqında ətraflı məlumat verib. Diplomat Ermənistan tərəfini riyakarlığa və qarayaxma kampaniyasına son qoyaraq iki ölkə arasında dayanıqlı sülhün bərqərar edilməsi üçün səmimi səylər göstərməyə çağırıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, debat zamanı guya "Qarabağda "etnik təmizlə"mənin həyata keçirilməsi", "Laçın yolunun "blokada"ya alınması" kimi cəfəng iddialar səsləndirən Cənubi Amerikanın Erməni Milli Şurasının icraçı direktoru Aram Mouratyan azərbaycanlı diplomatın təqdim etdiyi tarixi həqiqətlər, tutarlı faktlar və dəlillər qarşısında aciz duruma düşüb. Hətta erməni qonağa təxribat yönümlü sualları ilə kömək etməyə çalışan verilişin aparıcısı da əsaslandırılmış cavablardan sonra çıxılmaz vəziyyətdə qalıb.
Məhz Ermənistanın uzun illər Azərbaycana və xalqımıza qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirdiyi, bu gün də erməni mina terrorunun ağır fəsadlarının davam etdiyi qeyd olunub. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyi və bu əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevirməkdə qərarlı olduğu bildirilib.
Lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini şərtləndirən səbəblərə toxunan diplomat qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirildiyini bildirib, Qarabağın erməni sakinlərinin ölkəmizin Konstitusiyası çərçivəsində reinteqrasiyası istiqamətində atılan addımlardan bəhs edib. Azərbaycanın milliyətindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquq və azadlıqlarına tam təminat verdiyi, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan hökumətinin ərazi iddialarından əl çəkməsinin, yalanlara və riyakarlığa son qoymasının vacibliyi qeyd olunub.
Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi bu tarixi fürsəti əldən qaçırmamalı, Azərbaycanın sülh gündəliyinə və çağırışlarına uyğun olaraq mehriban qonşuluq şəraitində yaşamaq, eləcə də regionda əmin-amanlığın təmin olunması üçün səmimi səylər göstərməlidir. Bölgədəki bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bu prosesə əhəmiyyətli töhfə ola biləcəyi vurğulanıb. Həmçinin Azərbaycanı hədəf seçən radikal erməni diasporunun çirkin təbliğat kampaniyasının və pozucu fəaliyyətinin qəbuledilməz olduğu, bunun iki ölkə arasında sülh, normallaşma prosesinə yalnız xələl gətirdiyi vurğulanıb.
Azərbaycanlı diplomat çıxışını "Qarabağ Azərbaycandır!" şüarı ilə bitirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
XƏBƏR LENTİ
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir





