Siyasət

Prezident: Ermənistan hökuməti bunu etsə, sülh əlçatandır

29 Sentyabr 2023 16:40
Baxış: 813

Sentyabrın 20-də biz Qarabağdakı Ermənistan ordusuna bəyan etdik ki, silahlarınızı yerə qoyun və oraları tərk edin. Bu, belə də oldu, bu baş verdi. Yəni, biz sözümüzə, vədimizə əməl edirik, sadiqik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı əmin olunduğunu bildirib ki, əgər Ermənistan hökuməti 2019-cu ildə verilən "Qarabağ Ermənistandır!" bəyanatından sonra sentyabrın 20-dək (2023-cü il - red.) baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır. "Bu, bizim gələcəklə bağlı baxışımızdır, bu, regionun gələcəyi ilə bağlı baxışımızdır. Hesab edirəm ki, beynəlxalq aktorlar və qonşular görəcəklər ki, bizim münasibətimiz konstruktivdir", - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.