Siyasət

Türkiyə səfiri Qənirə Paşayevanın yaxınlarına başsağlığı verib

28 Sentyabr 2023 23:15
Baxış: 759

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib.

Milli.Az xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Azərbaycan Milli Məclisinin deputatı Qənirə xanım Paşayevanın vəfatı xəbərini böyük kədər hissi ilə eşitdik. Hazırda xəstəxanadayıq.

Hörmətli atası Ələsgər bəyə, ailəsinə və yaxınlarına ölkəmiz və xalqımız adından başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin, qəbri nurla dolsun", - səfir qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.