Siyasət

Piter Teys: Bu, Azərbaycanın sülh yaratmaq istədiyini göstərir

22 Sentyabr 2023 15:43
Baxış: 655

"Azərbaycanın suveren ərazisində qanunun və asayişin təmin edilməsi üçün lokal antiterror tədbirləri həyata keçirilib və bu, Qarabağda yaşayan erməni sakinlərin ölkə həyatına reinteqrasiyasına xidmət edəcək".

Bunu "Report"a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

"Qarabağda yaşayan erməni sakinlər Azərbaycan iqtisadiyyatına reinteqrasiya sayəsində daha çox imkanlar əldə edəcəklər. Bu məqamda qeyd edək ki, reinteqrasiya sayəsində erməni terrorçular və qeyri-qanuni silahlı birləşmələr artıq Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlar üçün təhlükə yaratmayacaqlar", - o vurğulayıb.

P.Teys qeyd edib ki, bu hadisələr Azərbaycanın Cənubi Qafqaz regionunda sülh, sabitlik və harmoniya yaratmaq istəyini bir daha təsdiqləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.