Siyasət

Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

21 Sentyabr 2023 15:08
Baxış: 2 768

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı.

Milli.Az globalinfo.az-a istinadən bildirir ki, görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir.

Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var;

İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma "deputat" David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların "bayrağı" əks edilmiş yaxa sancağı yoxdur;

Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmir.

Bu, rəsmi Bakının görüş zamanı bütün subliminal və siyasi məna ehtiva edəcək detalları nəzərə aldığını və üstünlüyünü göstərdiyini sübut edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.