Son terror aktları qanunsuz erməni silahlı dəstlərinin azğınlaşdığını göstərir – Sahil Kərimli
Qanunsuz erməni silahlı diversiya qruplarının Qarabağda törətdiyi son terror aktları bölgədəki gərginliyi pik həddə çatdırıb. Görünən odur ki, erməni terrorçuları hər gün daha da azğınlaşır, hərbi təxribatların miqyasını genişləndirir. Belə olduğu halda suveren ərazilərimizdə fəaliyyət göstərən separatçı və cinayətkar rejimin tam məhv edilərək zərərsizləşdirilməsi şərtdir.
Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi, Trend BİA-ın direktor müavini Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti ötən dövr ərzində böyük səbr və dözüm nümayiş etdirərək, məsələnin dinc yolla həll edilməsinə çalışıb.
"Dəfələrlə bəyan edilib ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərksilah edilməli və ərazilərimizdən çıxarılmaldır. Amma son üç ildə Ermənistan nəinki buna əməl edib, əksinə, silahlı terrorçular vasitəsilə Azərbaycana qarşı terror təxribat aktları həyata keçirib. Dinc insanlar, mülki şəxslər terrorun qurbanı olub. Ordumuzun mövqeləri mütəmadi atəş altında saxlanılıb. Ərazilərimiz kütləvi minalanıb", - deyə o əlavə edib.
S.Kərimli qeyd edib ki, ötən gecə isə ard-arda iki terror aktının törədilməsi erməni silahlı dəstələrinin daha da azğınlaşmasının göstəricisidir.
"Baş verənlər bölgədə sülh və təhlükəsizlik üçün ciddi zərbədir. Təəsüf ki, Cənubi Qafqazda uzunmüddətli sülhə dəstək bəyanatları verən xarici dairələr paralel olaraq Ermənistana dəstək verir. Həmin dairələr anlamalıdır ki, Azərbaycan dövləti heç vaxt ərazilərində separatçı cinayətkar qruplaşmaların mövcudluğu ilə barışmayacaq. Ən başlıcası, baş verən son terror aktları, kütləvi hərbi təxribatlar əsas verir ki, Azərbaycan ordusu hərəkətə keçsin və qısa müddətdə erməni terrorunun kökünü birdəfəlik kəssin", - deyə S.Kərimli vurğulayıb.
Qeyd edək ki, sentyabrn 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan "Howo" markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





