"ABŞ-nın işğalçıya, soyqırımı həyata keçirənə dəstək verdiyini görmüşük" - RƏY - FOTO
"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ-nin ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyətində daha aydın özünü büruzə verib".
Bunu "Report"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, ABŞ-nin davranışı, əslində, 30 il ərzindəki ənənəvi siyasətindən qətiyyən fərqlənmir: "Bu təkcə Azərbaycana münasibətdə deyil, ümumilikdə, Türk-İslam dünyasına münasibətdə ABŞ-nin sərgilədiyi ənənəvi mövqedir. Ermənistan öz ənənəsinə uyğun olaraq gah bu qütbün, gah da digər qütbün yanında dayanmaqla indiki dövrdə geosiyasi qarşıdurmalar fonunda öz mövqelərini bölgədə qismən də olsa gücləndirməyə çalışır. ABŞ-nin mövcud yanaşması Vaşinqtonda aparılan müzakirələrdəki mövqeyinə qətiyyən uyğun gəlmir. Bu isə ABŞ-nin ikili standartlardan çıxış etdiyini açıq şəkildə göstərir".
E.Mirzəbəyli bildirib ki, bu, açıq-aşkar missioner davranışıdır və səlib yürüşlərinin elementlərini xatırladır: "Hazırda Ermənistanı müdafiə etmək üçün ABŞ-nin hər hansı bir formada əsası yoxdur. Çünki 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğalına Vaşinqtonun birmənalı mövqeyi olmayıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman da Vaşinqtonun riyakar mövqeyinin şahidi olmuşduq. Vaşinqtonda keçirilən xarici işlər nazirlərinin görüşlərində məsələ ABŞ-nin dövlət katibi Entoni Blinkenin vasitəçiliyilə məhz ərazi bütövlüyü çərçivəsində və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası nəzərə alınaraq həll olunmalı idi. Amma göründüyü kimi, bu yanaşma tərzi rəsmi İrəvanın son dövrlərdə qütbdəyişmə meyillərinin kontekstində dəyişikliyə uğrayıb".
Siyasi şərhçi vurğulayıb ki, Vaşinqtonun Azərbaycan haqqında, xüsusilə də Azərbaycannın suveren hüquqları ilə bağlı mövzularda hər hansı bir məsələyə münasibət bildirməyə nə hüquqi, nə də mənəvi haqqı var: "ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, özünü dünyada baş verən digər proseslərdə də göstərib. Bunu rəngli inqilab ssenarilərində, xalqlara fəlakət gətirən müharibələrdə müşahidə etmişik. Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. Onun elan etdiyi liberal dəyərlər özünü nədənsə cinsi azlıqlara münasibətdə büruzə verir. İnsan hüquqları və azadlıqlar ilə bağlı məsələdə, bir milyon insanın bu günə qədər tapdalanan hüquqlarında ABŞ-nin hər hansı mövqeyinin şahidi olmamışıq. İşğalçıya, təcavüzkara, soyqırımı həyata keçirənə isə açıq şəkildə dəstək verdiyini görmüşük".Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
XƏBƏR LENTİ
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi
-
Dueyn Conson tanınmaz halda - (Foto)
-
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
-
İşdən çıxarılanlara sığorta ödənişi - (Video)
-
Telefonları folqaya bükməyə başladılar
-
Almaniyada hərbi sorğuya cavab verməyənlər 250 avro cəzalandırılacaq
-
“Kızılcık şerbeti” izləyicilərinə pis xəbər
-
Roma Papasının səhhəti ilə bağlı yekun diaqnoz açıqlandı
-
Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
Ərdoğanın geyimində diqqətçəkən məqam - (Foto)
-
Bakıda yarım milyonluq maşın satışa çıxarıldı
-
Qardaşlıq qalib gəldi, amma izlər qaldı
-
Barəsində cinayət işi açılan Fəxrəddin Zeynalovun oğlu vəzifəsindən azad edildi
-
Pirşağıda evi ilanlar basıb - (Video)
-
Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub - (Foto)
-
Çempionlar Liqası: “Qalatasaray” Fransadan qalib qayıdır





