Siyasət

Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların şəkilləri nümayiş olunub - FOTO

26 Avqust 2023 17:08
Baxış: 899

Laçında valideynləri etnik təmizləməyə məruz qalmış uşaqların fotolarından ibarət sərgi nümayiş olunub.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında paylaşım edib.

"Laçında fotoqraf Reza Deqati tərəfindən hazırlanan "Ev, Şirin Ev" adlı layihə. Babaları və valideynləri Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. Onlar 30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz Vətənlərinə, Laçına qayıdırlar. Həmçinin burada dünyanın müxtəlif guşələrindən olan 100 uşağın fotoşəkilləri də var", - paylaşımda qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.