Siyasət

Dərman vasitəsinin xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq

15 Avqust 2023 14:35
Baxış: 849

Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikdə
əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.