Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Dövlət Komissiyasının tərkibinə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri Səbuhi Sadıqov da daxil edilib.
Milli.Az