Azərbaycan-Rusiya hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib

1 Avqust 2023 14:14

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibi dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Dövlət Komissiyasının tərkibinə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri Səbuhi Sadıqov da daxil edilib.

Milli.Az