Siyasət

Kazandan erməni ailə Qarabağa necə gətirilib? - TƏFƏRRÜAT... - VİDEO

4 İyul 2023 14:03
Baxış: 1 826

Rusiya sülhməramlılarının daha bir təxribatı ortaya çıxıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar sülhməramlı adı ilə Kazandan erməni ailəni gətirib Qarabağda müvəqqəti məsuliyyət zonasında yerləşdiriblər.

Artıq ailə antiazərbaycan tədbirlərində aktiv iştirak edir.

Bu ailə Qarabağ iqtisadi rayonunun rusiyalı sülhməramlıların müvəqqəti məsuliyyət zonasına 2020-ci ildən sonra, yəni Vətən müharibəsindən sonra Rusiyadan gətirilərək yerləşdirilib.

Tatyana Babayan fevralın 26-da, yəni Xocalı faciəsinin ildönümü günü təşkil edilən, xristianların bayramı Maslenitsada iştirak edib.

"Maraqlıdır görəsən, sülhməramlılar bu qeyri-qanuni fəaliyyətləri ilə bağlı Azərbaycana nə cavab verəcəklər."

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.