Siyasət

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub - FOTO - VİDEO

26 İyun 2023 21:55
Baxış: 920

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.