Siyasət

İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməyəcək - BU TARİXDƏN

16 İyun 2023 20:10
Baxış: 1 935

23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdiriıməsini dayandırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən "ASAN viza" almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.

Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.