Siyasət

Monqolustan Prezidenti İlham Əliyevi təbrik edib

6 İyun 2023 17:34
Baxış: 639

Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Məmnunluqla bildirirəm ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız müxtəlif sahələrdə daha da güclənir. Həmçinin inanıram ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində də genişlənərək daha da möhkəmlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm.

Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.