Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyəti ilə görüşüb - FOTO
İyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Milli.Az-a bildirilib ki, Knessetin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteynin rəhbərlik etdiyi nümayəndə heyətində, həmçinin komitənin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner və komitənin üzvü Ram Ben Barak təmsil olunub.
Görüşdə, Azərbaycan və İsrail arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələr üzrə inkişaf edən əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasını məmnunluqla qeyd edib. Mart ayında İsrail Dövlətinə etdiyi rəsmi səfərə istinad edən nazir Ceyhun Bayramov, qarşılıqlı səfərlər, siyasi dialoq və sıx təmasların münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib.
Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, təhlükəsizlik, energetika, mədəni, humanitar, innovasiyalar və s. sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyinin, qarşılıqlı faydalı münasibətlərin, parlament diplomatiyasının səmərəliliyinin ölkələrimizin münasibətlərin inkişafında göstərdiyi səylərin nəticəsi olduğu diqqətə çatdırılıb.
Komitə sədri Yuli Edelşteyn Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmət, dəstək və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluqla bəhs edərək, Azərbaycanın İsraildə səfirliyinin açılmasının münasibətlərin daha da güclənməsinə xidmət edəcəyinə dair inamını ifadə edib.
Görüş zamanı münasibətlərin inkişafına xüsusi təsir edən amil kimi, yəhudi icmasının rolu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
XƏBƏR LENTİ
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda





