Siyasət

Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25 May 2023 18:26
Baxış: 460

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün azərbaycanlıları səmimi-qəlbdən təbrik edirəm.

Sizin müdrik rəhbərliyiniz sayəsində son illər Azərbaycan sosial-iqtisadi islahatlarda, eləcə də beynəlxalq aləmdə əhəmiyyətli uğurlar əldə edib.

Məmnunluqla qeyd edirəm ki, dostluğun və mədəni-dil oxşarlığının dərin tarixi kökləri Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin indiki xarakterini qabaqcadan müəyyənləşdirib.

Ölkələrimiz arasında diplomatik münasibətlərin otuz illik tarixi strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə əlamətdardır. Bu münasibətlər bizim birgə səylərimiz sayəsində xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.