Siyasət

ABŞ-ın yüksək rütbəli zabitləri Azərbaycan Diplomatik Akademiyasında olublar

16 May 2010 18:33
Baxış: 192

Azərbaycan Diplomatik Akademiyasından verilən məlumata görə, Pentaqonun yüksək rütbəli zabitlərindən ibarət ABŞ Milli Müharibə Kollecinin nümayəndə heyəti Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.
ADA-nın rektoru, səfir Hafiz Paşayev akademiya haqqında qonaqlara məlumat vermiş, ölkəmizin diplomatik missiyasının genişləndirilməsi, bu sahəyə gənclərin cəlb edilməsi, yüksək səviyyəli diplomatların və mülkü qulluqçuların hazırlanmasından danışmışdır.
Ölkələrimiz arasında münasibətlərə toxunan H.Paşayev qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli enerji layihələri ABŞ-ın əvvəlki administrasiyasının dəstəyi ilə reallaşdırılmışdır.
Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın əsas problemi adlandıran ADA-nın rektoru demişdir ki, ABŞ Konqresindəki müəyyən qüvvələr Azərbaycan haqqında yanlış fikir formalaşdırmışdır. Bildirilmişdir ki, "Azadlığa Dəstək" Aktına 907-ci düzəliş Konqresdəki Azərbaycan əleyhinə qüvvələrin lobbiçilik səylərinin bir nümunəsidir. 907-ci düzəlişin ləğv olunmasının vacibliyini vurğulayan səfir Paşayev, bunun ABŞ-ın Azərbaycandakı imicini yüksəldəcəyini diqqətə çatdırmışdır.
Görüşün sonunda ABŞ Milli Müharibə Kollecinin nümayəndə heyəti ADA-nın müəllim və tələbələri ilə səmimi söhbət etmişdir.

/AzərTAc/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.