Siyasət

Türkiyə və Azərbaycan silahları Yunanıstanda ciddi təşviş yaradıb

12 May 2023 09:08
Baxış: 2 202

Türkiyənin TÜBİTAK-SAGE şirkətinin istehsalı olan yüksək dəqiqliyə malik qanadlı bombalarla Azərbaycan Hərbi-Hava Qüvvələrinin Su-25 qırıcılarının inteqrasiyası Yunanıstanda ciddi təşviş yaradıb. 

Milli.Az xəbər verir ki, bu ölkənin hərbi analitiklərinin və ekspertlərinin fikrincə, Azərbaycan HHQ-nin Türkiyə ilə Yunanıstan arasında mümkün müharibə zamanı istifadə oluna bilər.

Azərbaycanın Su-25 qırıcılarının döyüş sursatında hazırda TÜBİTAK-SAGE şirkətinin istehsalı olan 500 kiloqramlıq MK-82 qanadlı bombaları və 1000 kiloqramlıq MK-83 təyyarələrinin olduğunu yazmışdı.

Bu tip bombalarla təchiz olunmaq üçün təkmilləşdirilmiş Azərbaycan qırıcıları Türkiyə Hərbi Hava Qüvvələri ilə birgə keçirilən "Anadolu Qartalı" təlimində iştirak edib. MK-82 və MK-83 qanadlı bombaları istənilən hava şəraitində hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verir və düşmə hündürlüyündən asılı olaraq 37-110 kilometr uçuş məsafəsinə malikdir.

Yunanıstanın "Pentapostagma" nəşri yazır ki, Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi iki ölkənin yaranan təhlükələrə qarşı birgə fəaliyyət göstərməsini nəzərdə tutur. Bildirilir ki, Yunanıstanla mümkün münaqişə yaranarsa, Türkiyə əsasən Azərbaycan xüsusi təyinatlıları və aviasiyasının dəstəyinə arxalanır.

Yunanıstan nəşri yazır: "Belə nəticəyə gəlirik ki, Yunanıstan Türkiyə ilə hərbi qarşıdurma olacağı təqdirdə Azərbaycanı, daha doğrusu, onun Hərbi Hava Qüvvələrini və xüsusi təyinatlılarını özünün potensial rəqibi hesab etməlidir.  Onların iştirakı Türkiyə xüsusi təyinatlıları və HHQ üçün həm taktiki, həm də strateji səviyyədə əlavə imkanlar yaradacaq. Nəticədə, Yunanıstan özünün strateji sursatları və raketləri ilə Türkiyədə yerləşən hava bazalarını məhv etsə belə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri Azərbaycanın hava məkanında yanacaq dolduraraq Yunanıstan ərazilərinin strateji dərinliyinə zərbələr endirə bilər".

Pentapostagma həmçinin qeyd edir ki, Azərbaycan HHQ Yunanıstan aviasiyasının hava döyüşlərində heç vaxt rast gəlmədiyi MiQ-29 təyyarələri ilə silahlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.