Siyasət

Türkiyə ilə Azərbaycan arasında “Əməkdaşlıq Protokolu” imzalandı - FOTO

27 Aprel 2023 22:00
Baxış: 581

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Milli.Az xəbər verir kiu, bu barədə M. Şentop "Twitter" hesabında paylaşım edib.

Qeyd olunub ki, görüş çərçivəsində "Əməkdaşlıq Protokolu" imzalanıb.

M.Şentop "Twitter" səhifəsində yazıb:

"Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə "iki dövlət, bir millət" devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız "Əməkdaşlıq Protokolu" parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.