Siyasət

Əli Həsənov: “Separatçı rejimin keçirdiyi seçkilər rəsmi tanına bilməz”

15 May 2010 13:42
Baxış: 214
Bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov separatçı Dağlıq Qarabağ rejiminin "parlament seçkiləri" keçirməyə hazırlaşmasına münasibət bildirərkən deyib.

Ə. Həsənov Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə artıq rəsmi etiraz bildirdiyini xatırladıb: "Dağlıq Qarabağın statusu həll olunmayıb, oradan məcburi köçkün düşmüş azərbaycanlılar öz yurd-yuvalarına qayıtmayıblar. Orada keçirilən seçkilər rəsmi şəkildə tanına bilməz. Bu, yalnız separatçı rejimin siyasəti çərçivəsində Azərbaycan dövlətinə problemlər yaratmağa, Azərbaycan əhalisinin ora qayıtmasını çətinləşdirməyə xidmət edir".

/APA/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.