Siyasət

KİV: Rusiya Qarabağdakı sülhməramlıların komandanını dəyişir

25 Aprel 2023 15:46
Baxış: 1 169

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.

Milli.Az bildirir ki, iddialara görə, Andrey Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir.

"Həmin şəxs Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş təcrübəli zabitdir", - mənbə iddia edir.

Məlumatda həmçinin bildirilib ki, A.Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.