Siyasət

Qaribaşvili: Dahi Heydər Əliyev Gürcüstanın böyük dostu olub

7 Aprel 2023 16:38
Baxış: 563

Bu il Azərbaycanda dahi Heydər Əliyevin 100 illiyi qeyd edilir. Siz (Prezident İlham Əliyev - red.) bizim dostumuzsunuz və Heydər Əliyev də Gürcüstanın böyük dostu olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

Əsas məqsədin regionda sülh və sabitliyin təmin edilməsi olduğunu qeyd edən Baş nazir deyib: "Regionda daha çox layihələr həyata keçirməliyik. Biz işimizi gözəl və qardaşlıq mühitində irəli aparacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.