Siyasət

Netanyahu Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib - FOTO

29 Mart 2023 22:21
Baxış: 827

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin Baş nazirinin Twitter səhifəsindəki paylaşımda deyilir.

"Baş nazir Binyamin Netanyahu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ölkəsinin İsrailə ilk səfirinin təyin olunması münasibətilə təbrik edib", - deyə paylaşımda bildirilir.

Qeyd olunur ki, görüş zamanı B.Netanyahu iki ölkə arasındakı sıx əlaqələri yüksək qiymətləndirib. Tərəflər bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin regional təhlükəsizliyə ümumi çağırışlar və İranın regional sabitliyə yaratdığı təhlükə də müzakirə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.