Siyasət

Aİ və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihə icra edəcək

29 Mart 2023 10:54
Baxış: 869

Azərbaycan Hökuməti, Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihənin icrasını nəzərdən keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Avropa Ittifaqı (Al) və Dünya Bankı (DB) hökumət, inkişaf təşkilatları, vətəndaş cəmiyyəti, elm müəssisələri və medianı təmsil edən tərəfdaş və həmkarlarla birlikdə Azərbaycan Çevik Texniki Yardım Alətinin (AZTAF) icrasını nəzərdən keçirmək məqsədilə toplantı keçiriblər. AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üç illik proqramdır. Onun məqsədi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinə uyğun olaraq Azərbaycan Hökumətinə sosial inklüzivliyi və bağlantıları genişləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlet sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-dan sonra effektiv iqtisadi berpaya nail olmağa kömək etmək üçün analitik dəstək və potensialın yaradılmasını təmin etməkdir.

AZTAF proqramı Al-nin dörd Tərəfdaşlıq Prioritetina - i) institutların gücləndirilməsi və yaxşı dövlət idarəçiliyi, ii) iqtisadi inkişaf və bazar imkanları, iii) rəqəmsal bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlimlə bağlı tədbirlər, iv) mobillik və insanlararası temaslara uyğun olaraq, silsilə proqrammatik və ünvanlı texniki yardım fəaliyyətlərini əhatə edir.

AZTAF inklüziv inkişaf, dövlət və korporativ idarəetmə, yaşıl ətraf mühit və davamlı inkişaf, insan kapitalının inkişafı və sosial inklüzivlik kimi sahələrdə Dünya Bankı Qrupunun davamlı və uzunmüddətli fəaliyyətinə əsaslanan doqquz texniki yardım fəaliyyətinə malikdir.

"Dünya Bankı Qrupu hazırda ölkənin strateji məqsəd və prioritetlərinə, və Azərbaycan 2030 baxışına uyğunlaşdırılacaq Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Çerçivesini hazırlamağa başlayır. Biz gözləyirik ki, AZTAF-in uğurla həyata keçirilməsi təkcə əhali üçün dərhal fayda verməyəcək, həm de ölkə proqramımıza daxil ediləcək yeni layihə və təşəbbüslər üçün möhkəm analitik baza va innovasiya mənbəyi yaratmağa kömək edəcək", - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.