Siyasət

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşdü - FOTO

29 Mart 2023 15:51
Baxış: 771

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında qeyd edib.

Bildirilib ki, bu görüşdə nazirlər strateji əlaqələrimizin genişləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.