Siyasət

ABŞ-dan Bakı və İrəvanla bağlı növbəti açıqlama

28 Mart 2023 08:56
Baxış: 1 075

ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət katibi də bu barədə dəfələrlə bəyan edib. Belə ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün vacibdir.

"Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli, eləcə də tərəfdaşlarla və həmçinin çoxtərəfli təşkilatlar çərçivəsində müzakirələrə köməyi davam edəcəyik", - Vedant Patel vurğulayıb.

O, ötən gün ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.