Molla, həddini aşma!
"İran İslam Respublikası" adlı dövlətin əks-kəşfiyyat, kəşfiyyat və hərbi strukturları Azərbaycana qarşı genişmiqyaslı informasiya-hibrid savaşı aparırlar.
Savaş son günlərdə daha da aktivləşib.
İslam İnqilabı Keşikçiləri Korpusunun Telegram kanalı bu gün "İran Qafqaz müharibəsinə niyə başlamalıdır? başlıqlı məqalə dərc edib.
Orada bildirilir ki, Azərbaycan guya İranın Rusiya və Avropa ilə quru əlaqəsini kəsmək üçün Ermənistan ərazisinin bir hissəsini, yəni Sünik bölgəsini ələ keçirmək niyyətindədir. Və bu, İrana ağır iqtisadi ziyan vuracaq.
Bundan əlavə, müəllif Bakını "İsrailin İrana qarşı törətdiyi qətllərdə və vandalizm aktlarında" şərik olmaqda ittiham edir. Mollaların əlaltılarının fikrincə, "son illərdə Bakı İsrailin əsas Asiya müttəfiqinə çevrilib, o, Bakı infrastrukturundan faktiki olaraq İran xalqına qarşı istifadə edir. Və Sünik ələ keçirilərsə, İran sərhədlərində mütləq sionistlərin varlığına şahidlik etməli olacaq.
.jpg)
İranın hərbi təyyarələri Azərbaycan-İran dövlət sərhədi boyunca uçuşlar edir.
Bu barədə iranlı jurnalist Rza Abbasi tvitterdə məlumat paylaşıb.
Qeyd edək ki, SEPAH-a yaxın telegram kanalları da bu xüsusda materiallar dərc edir.
.png)

Hədələr, qorxutma cəhdləri, sarsaq bəyanatlar.
Məqsəd Azərabycanda xof yaratmaqdır.
Amma alınmayacaq - Tehrandakı əxlaqsız hakimiyyət və mənəviyyatsız rejim bunu birdəfəlik dərk etsin.
Daha doğrusu, təbrizlilərin təbirincə yazsam, "qansınlar".
Bizim də bildiklərimiz var, sadəcə, hələ hamısını demirik və yazmırıq.
Tələsmirik.
Ermənistanın Qafan rayon mərkəzindəki İran konsulluğunun əslində SEPAH-ın 102 zabitinin Ermənistana göndərilməsi və indi də orada qalması üçün leqal məkan olduğunu bilirik.
Bu zabitlərin sonradan Xankəndi, Əsgəran, sabiq Ağdərə və Xocalıya göndərilməyə ezam olunmalarından, amma Tehranın niyyətini puç olmasını da bilirik.
Çox məqamları bilirik, hələ yazmırıq.
Fəqət ki, Tehrandakı Xumuşfüruşların bilməsi üçün bir para məqamları ərz edim.
.jpg)
Tehran bilsin ki, sərhəddən bir (!) güllə - hələ mərmi və yainki raket demirəm - ərazimizə düşərsə, İranın vayına duracaq ayətullaların sayı artmalıdır.
Tehran bilsin ki, Azərbaycana qarşı nə qədər radikal, nə qədər aqressiv mövqe tutarsa, bir o qədər uduzacaq.
Tehran bilsin ki, Güney Azərbaycanda artıq bıçaq sümüyə dirənib - səbr kasasının daşmasına bircə damla gərəkdir.
Tehran bilsin ki, Telegram kanallarındakı səmə və sarsaq "hədə" animasiyalarında Azərabycanda göstərdikləri hədəflərdən fərqli olaraq, İrandakı hərbi-strateji obyektlər real hədəfdir. Vurulmaları an məsələsidir.
Tehran bilsin ki, Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələrinin genişmiqyaslı sistemi barədə faktiki heç nə bilmir: biləndə çox, amma çox gec olacaq.
Və ən nəhayət, Tehran bilsin ki, Azərbaycan ona qarşı qan-qan deyənə qan qusdurmağı bilir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
XƏBƏR LENTİ
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır





