İşğaldan azad edilən Talış kəndindən REPORTAJ - FOTOlar
Mətbuat nümayəndələrinin işğaldan azad edilən Tərtər rayonunun Talış kəndinə səfəri təşkil edilib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ötən gün 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmiş Tərtər rayonunun Talış və Suqovuşan qəsəbəsində olublar. Onlar qəsəbəyə yeni köçürülən 20 ailə üçün yaradılan şəraitlə tanış olublar. Bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak ediblər.
Trend-in əməkdaşı bu gün Prezidentin izi ilə Talış kəndində olub.
Mətbuat nümayəndələri Talışda aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar. Kənddə 20 ailənin rahat yaşaya biləcəyi, müasir tipli fərdi yaşayış evləri tikilib sahiblərinə təfhil verilib ki, onların hər birinin ümumi tikinti sahəsi 2,620.69 m2, ümumi sahəsi 25, 282.50 m2 olan həyətyanı sahə və ümumi sahəsi 1,200.00 olan 20 tövlə bərpa edilib yenidən qurulub, hər bir ev üçün ümumi sahəsi 54 m² olan fərdi təsərrüfat anbarları inşa edilərək sahiblərinin ixtiyarına verilib. Bunla paralel hər bir evin həyətyanı ərazisində əsaslı landşaft işləri yerinə yetirilmişdir (Dekorativ ağaclar, kollar, güllər əkilmiş, hər bir evin həyətində fərdi əkin sahələri yaradılıb).
Kənddə 78 şagird yerlik məktəb binası fəaliyyət göstərəcək. Ikimərtəbəli və mansarlı məktəb binasının tikinti sahəsi 837.80 m2 -dir Təhsil ocağının bütün kommunikasiya sistemləri yenidənqurulub və bina yanğın siqnalizasiya, rabitə, zəng, videomüşahidə sistemləri ilə təchiz edilib. Zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb otağı, müəllimlər otağı və s. nəzərdə tutulub. 3-cü mərtəbədə (mansard mərtəbəsi) akt zalı və kitabxana yerləşir. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilmişdir.Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman meydançası qurulub.
Bundan başqa 11 uşaq yerlik uşaq bağçasının tikinti sahəsi 413.30 m2-dir. Baxğada bütün kommunikasiya sistemləri yenidənqurulmuş və bina yanğın siqnalizasiya sistemi, rabitə sistemi, videomüşahidə sistemi, fövqalədə hal xəbərverici sistemləri ilə təchiz edilmişdir. Zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulmuşdur. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilmişdir. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və 2 ədəd metal konstruksiyalı söhbətgah inşa edilmişdir.
Ikimərtəbəli inzibati bina, Klub-icma mərkəzinin isə ümumi tikinti sahəsi 589.30 m2-dir.
Ümumi tikinti sahəsi 89.30 m2 olan Qazanxanayahər birinin gücü 350000 kkal/saat olan isitmə qazanları və digər bütün lazımi texniki avadanlıqlar quraşdırılıb. Iaşə obyektləri və baş plan üzrə yollar və kommunikasiya xətləri çəkilib. Belə ki, kənddaxili yolların ümumi uzunluğu 4.0 km-dir. Onun, 800 metr olan hissəsinin (mərkəzi yol) yol örtüyü təbii daşlardan qurulub. Daxili yolların digər hissələrinin örtüyü isə asfalt-betondur. Bütün yolların sol və sağ tərəfindən səkilər və onlara paralel olaraq yaşıllıq zolaqları yaradılıb. Yol boyu yaşıllıq zolaqlarına dekorativ ağaclar və kollar əkilib.
Bütün mövcud xarici kommunikasiya sistemləri sökülərək yenidən qurulub. Kəndə yeni qaz xətti çəkilib, yeraltı su çənləri və nasosxana quraşdırılıb.
Talış kəndinin yüksək nöqtələrindən birində kəndin işğaldan azad olunduğu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən paylaşılan tvitin mətninin həkk olunduğu xatirə daşı yerləşdirilib. 4 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Tərtər rayonunun Talış kəndində Bayraq Meydanında Azərbaycan bayrağı ucaldılıb. Kənddə aparılan təmir-bərpa işlərinin 1-ci fazası çərçivəsində Bayraq Meydanında abadlıq işləri aparılıb.
Talış kəndinin yüksək nöqtələrindən birində əhalinin asudə vaxtlarını rahat keçirəcəkləri istirahət güşəsi və seyr meydanı tikilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
-
Milli Məclisin iclası keçirilir
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir (TAM ÇIXIŞ)
-
Birinci vitse-prezident Mehriban Əliyeva: Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib (Foto)
-
Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir
XƏBƏR LENTİ
-
Aygün Kazımova baş geyimi ilə diqqət çəkdi - (Video)
-
Dünya çempionatında qol vuran ən yaşlı 2 braziliyalıdan biridir
-
Əməkdar artist: "O qazancla ailəmə baxa bilməyəcəkdim, müğənni oldum"
-
Bakıda kişi həyat yoldaşını döydü - 1500 manat cərimələndi
-
Sosial şəbəkələrdə qumarla bağlı yeni cəza - 4 ilədək həbs
-
Bəzi saytlara giriş məhdudlaşdırılacaq
-
Avqustun 4-də nəqliyyat vasitələri hərraca çıxarılacaq
-
Sabah havanın temperaturu 33 dərəcəyədək yüksələcək - Proqnoz
-
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
-
Ələt AİZ 15 illik gömrük rüsumlarından azad edilir
-
Bakıda motosiklet sürücüsü yolda təhlükə saçdı: "TikTok" üçün videoya görə... - (Video)
-
Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
-
“Çukur”un aktyoru vəfat etdi
-
Yeni binadan ev və ya obyekt alanların diqqətinə - Ali Məhkəmədən yeni qərar
-
Texnologiyalar axtarış əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək - Qəzənfər Əhmədov
-
Bakıda itkin düşmüş şəxslər məsələsinin həllinə dair beynəlxalq konfrans keçirilir
-
Ağdamda pilləkəndən yıxılan kişi öldü
-
Natavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)
-
Hüseyn Cavid və Ayna Sultanova küçələrində təmir işləri başlayır
-
Rəqsanənin qızı adını dəyişdirdi - (Foto)
-
Göyçayda iki avtomobil toqquşub, biri kanala düşüb
-
ABB-dən şikayət: "Vəfat edən anamızın kreditinə görə veteran və əlillik pullarımızı tutublar"
-
16 yaşadək şəxslərin sosial şəbəkələrə qeydiyyatı qadağan olunur
-
"Röya ilə 30 ildir dostuq,1 dəfə aramız dəyməyib"





