Siyasət

Milli Məclis hökumətin hesabatını təsdiq etdi

17 Mart 2023 17:33
Baxış: 531

Milli Məclis kökumətin hesabatını təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Daha sonra hesabat ətrafında geniş müzakirələr keçirilib, deputatlar rəy və təkliflərini bildirblər.

Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq təsdiq edilib.

Qeyd edək ki, iclasda nazirlər və dövlət komitələrinin rəhbərləri də iştirak edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.