Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iclası giriş sözü ilə açan Qərargah rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji xəttə uyğun olaraq, 2023-cü ilin Böyük Qayıdışın sürətli inkişaf mərhələsi olacağını, yaşayış məntəqələrinin tikintisi və bərpası işinin əməli müstəvidə sürətlənəcəyini və miqyasının artacağını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində vaxt amilinə diqqəti yönəldən Samir Nuriyev operativliklə yanaşı, keyfiyyət və dayanıqlılığın da paralel olaraq təmin edilməsinin dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə olduğunu deyib. Qərargah rəhbəri, həmçinin işğaldan azad edilmiş ərazilərdə 2023-cü il ərzində görülməsi nəzərdə tutulan işlərlə bağlı bir sıra prioritet istiqamətlərə toxunub.
Sonra iclasın gündəliyinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarından səmərəli istifadə və bərk məişət tullantılarının idarə edilməsi sahəsində görülən işlər, torpaq islahatlarına hazırlıq, Böyük Qayıdış çərçivəsində əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində ərazilərdə görülən işlərin cari vəziyyəti ilə bağlı məruzələr dinlənilib. Ərazilərə geri qayıdan əhalinin dayanıqlı məşğulluq imkanlarının təmin edilməsi məqsədilə zəruri institusional, hüquqi və dəstək mexanizmlərinin yaradılması ilə bağlı vəzifələr müəyyən olunub.
Torpaq islahatları ilə bağlı təkliflərin hazırlanması zamanı torpaqların bölgüsündə ədalət prinsipinin təmin olunması, ərazilərə qayıdan əhalinin torpaqlardan səmərəli istifadəsinin təmin edilməsi və nəticə etibarilə ərazilərdə iqtisadi artım, məşğulluq və dayanıqlı gəlir mənbələrinin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Laçın şəhərinin, Zabux, Sus və Talış kəndlərinin yenidən qurulması və bərpası istiqamətində görülən işlər barədə məruzələr təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyində dayanan məsələlərin yerlərdə əlaqələndirilməsi və müvafiq ərazilər üzrə görülən işlərin cari vəziyyəti barədə məlumat veriblər.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 ölü var - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
XƏBƏR LENTİ
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 ölü var - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)
-
Renat Dadaşov Ukrayna klubuna transfer olundu
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
"AzInTelecom" media nümayəndələri üçün təlim keçirib - (Foto)
-
Türkiyədə xəstəxananın əməliyyat otağında siçanlar gəzir - (Video)
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)





