Siyasət

Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi - Bayram Beqay

12 Mart 2023 10:11
Baxış: 667

Heydər Əliyev qlobal səviyyədə görkəmli şəxsiyyət idi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbir zamanı deyib.

O qeyd edib ki, bəzi liderlər vardır ki, onlar ölkəsi, xalqı, region üçün görkəmli şəxsiyyət olur.

"Lakin Heydər Əliyev ölkəsi, xalqı, regionla yanaşı qlobal səviyyədə görkəmli şəxsiyyət idi. Heydər Əliyevin dünya siyasi liderləri arasında xüsusi yeri olub. Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağlıdır"

"Azərbaycanın lideri var idi ki, o münaqişə dövründə çətinliklərin öhdəsindən gəldi, islahatlar apardı, yeni qlobal tərəfdaşlıqlar yaratdı və xalqın inamını qazanmağa nail oldu. Bu həmişə mümkün olmur. Xüsusilə də tranzit dövrü keçirən, fərqli iqtisadi sistemlərdən keçən ölkələr üçün asan olmur. Bu periodun idarə edilməsi ölkələr üçün çətin olur. Lakin Prezident Heydər Əliyev bunu ağıllı şəkildə etdi. 30 il qısa zamandır amma Azərbaycan bu qısa dövrdə nailiyyətlər əldə etdi ki, bu dahilik tələb edir və mən Heydər Əliyevin dahiliyinə heyranam. Azərbaycan və Albaniya bu gün enerji layihələri və s.lə ilə qlobal sülhə, stabilliyə töhfə veririk. Biz Heydər Əliyevin dostluq, tərəfdaşlıqla bağlı ambisiyalarını bölüşürük.

Biz yeni nəsillər üçün əməkdaşlığımızı, tərəfdaşlığımız davam etdirəcəyik, birgə şəkildə rifaha doğru irəliləyəcəyik. Heydər Əliyev Azərbaycanın gələcəyi barədə uzaqgörən oldu".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.