Siyasət

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırılıb

10 Mart 2023 16:08
Baxış: 897

Prezident İlham Əliyev "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının 1.2-ci bəndində "Energetika Nazirliyi" sözləri "İqtisadiyyat Nazirliyi" sözləri ilə əvəz edilir.

Bundan əvvəl sözügedən sənədin 1.2-ci bəndinə əsasən, "müvafiq dövlət orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirirlər. Bundan sonra Energetika Nazirliyinin səlayihhətini İqtisadiyyat Nazirliyi icra edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.