Siyasət

"X Qlobal Bakı Forumunun mövzuları arasında multiletaralizm xüsusi yer tutur"

9 Mart 2023 10:26
Baxış: 337

X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multiletaralizm xüsusi yer tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Azərbaycanın 2019-cu ildə Qoşulmama Hərəkatında sədrliyə başladığını və ölkəmizin sədrliyinin 2023-cü ilədək uzadıldığını xatırladan dövlətimizin başçısı vurğulayıb: "Biz Qoşulmama Hərəkatına yenidən canlandırma gətirdik. Əfsuslar olsun ki, müəyyən dövrlərdə bir qədər passivlik var idi. Bu baxımdan biz üç sammit - beynəlxalq tədbir təşkil etdik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.