“SİMA İmza”dan YENİLİK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
SİMA yeni nəsil rəqəmsal imzanın yeni QR paylaşım funksiyası istifadəyə verilib.
Milli.Az xəbər verir ki, bu funksionallıq sayəsində artıq heç bir əlavə risk olmadan QR link vasitəsilə öz imza səlahiyyətini tək istifadəlik olaraq digər şəxsə (mühasib, məsul əməkdaş və digərləri) yönləndirmək mümkün olub.
Yeni həll sənəd dövriyyəsində vaxt itkisini minimuma endirmək və prosesləri daha çevik idarə etmək məqsədi daşıyır. Funksionallığın tətbiq ardıcıllığı aşağıdakı kimidir:
1. İmza sahibinin adından hər hansı elektron portalda imzalama və identifikasiya əməliyyatı edən şəxs müvafiq QR kodu SİMA İmza tətbiqi vasitəsilə skan edir.
2. QR kod "SİMA İmza" tətbiqi ilə oxunduqdan sonra unikal imzalama linki yaradılır.
3. Link istənilən kommunikasiya kanalı vasitəsilə imza sahibinə göndərilir.
4. İmza sahibi linkə klik edərək təsdiqlədikdə avtomatik olaraq öz "SİMA İmza" tətbiqinə yönləndirilir.
5. İmza sahibi sənədi 6 rəqəmli PİN, barmaq izi və ya "Face ID" vasitəsilə təsdiqləyərək imzalama prosesini tamamlayır.
6. Uğurlu imzadan sonra sənəd sistemdə imzalanmış kimi qeyd olunur və proses yekunlaşır.
Yeni funksionallıq öz imza səlahiyyətini başqasına ötürmək istəyən şəxslərə bu prosesi nəzarəti altında həyata keçirmək üçün unikal imkan yaradır. Xüsusilə də müəssisə rəhbərləri öz imza hüququnu şirkətin digər məsul əməkdaşına risk daşımadan ötürmək imkanı əldə edirlər. Belə ki, QR kod vasitəsilə paylaşım imza sahibinin şəxsi autentifikasiyasına əsaslandığı üçün burada imza sahibi təhlükəsizlik məlumatlarını qarşı tərəflə paylaşmadan prosesə qoşulur və gedişata tam şəkildə nəzarət edə bilir - o, "SİMA İmza" ilə hansı sistemə giriş edildiyini və hansı sənədin imzalandığını birbaşa özü görür və təsdiqləyir.
Hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı tam ödənişsiz əldə etmək imkanına malikdir. Belə ki, mobil tətbiqdə sahibkar və ya hüquqi şəxsin imza sertifikatını əldə edərkən 6AYPULSUZ promokodunu daxil edərək imzadan 6 ay müddətində abunə haqqı ödəmədən istifadə etməsi mümkündür.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
XƏBƏR LENTİ
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza





