Ölkə

Həzi Aslanov stansiyasındakı təmir nə vaxt bitəcək? - RƏSMİ

26 Noyabr 2025 10:20
Baxış: 63
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili olacaq.  Stansiyadan müəyyən qrafiklə sərnişinlərin daşınması təmin olunur.

Ancaq yenə də maraqlıdır ki, təmir nə zaman yekunlaşacaq? Çünki nəzərə almaq lazımdır ki,  yaxın zamanda 28 May stansiyasında da yenidənqurma işlərinin başlanması nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

"Hazırda "Həzi Aslanov" stansiyasının dalanında mərhələli şəkildə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin gücləndirmə məqsədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq ən mühüm və çoxşaxəli silsilə inşaat tədbirləri görülür. Qeyd olunmalıdır ki, bu müddətdə "Həzi Aslanov" stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub", deyə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib .

Açıqlamada qeyd olunub ki, stansiyada aparılan tikinti işlərinin 2026-cı il ərzində yekunlaşdırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.