Noyabrın 30-da Həzi Aslanov stansiyasındakı təmirin başlamasının 1 ili olacaq. Stansiyadan müəyyən qrafiklə sərnişinlərin daşınması təmin olunur.
Ancaq yenə də maraqlıdır ki, təmir nə zaman yekunlaşacaq? Çünki nəzərə almaq lazımdır ki, yaxın zamanda 28 May stansiyasında da yenidənqurma işlərinin başlanması nəzərdə tutulub.
Milli.Az xəbər verir ki, bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Hazırda "Həzi Aslanov" stansiyasının dalanında mərhələli şəkildə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Həmçinin gücləndirmə məqsədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq ən mühüm və çoxşaxəli silsilə inşaat tədbirləri görülür. Qeyd olunmalıdır ki, bu müddətdə "Həzi Aslanov" stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub", deyə "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib .
Açıqlamada qeyd olunub ki, stansiyada aparılan tikinti işlərinin 2026-cı il ərzində yekunlaşdırılması planlaşdırılır.
Milli.Az