Siyasət

Ceyhun qardaşımın ayağı uğurlu oldu... - Çavuşoğlu

11 Fevral 2023 19:41
Baxış: 932

Azərbaycandan Türkiyənin yardımına gələn heyət 900 nəfərdir. Amma bilirəm ki, Azərbaycandan hər kəs könüllü olaraq bura gəlmək istəyir.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qəhrəmanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

"Xilasetmə işləri davam edir. Bir az öncə qardaşım Ceyhunla azərbaycanlı xilasediciləri ziyarət etdik. Qardaşımın ayağı uğurlu oldu. Bu gün azərbaycanlı qardaşlarımız iki uşağı dağıntılar altından sağ çıxardılar. Həmin uşaqların qardaşlarından da xəbər olduğunu dedilər. Bir az öncə o da sağ çıxarıldı. Əməyi olan hər kəsdən Allah razı olsun".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.