İran 44 günlük savaşa görə həbs etdiklərini bağışlamır
İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatının üzvlərinə şamil olunmayıb. Bu sərəncamdan ancaq öz adamları, rejimə yaxın olanlar və yaxud da nisbətən yüngül cəza törədənlər faydalanır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Tehran rejiminin yaxın vaxtlar üçün gözlənilən əfv sərəncamından danışarkən deyib.
O bildirib ki, rejimə qarşı çıxanlar və milli məsələyə görə mühakimə olunan siyasi məhbuslar əfv sərəncamından kənarda qalır:
"İkinci Qarabağ savaşında İranın Ermənistana yardım etməsinə görə Təbriz və Ərdəbildə etiraz aksiyası keçirildi. Onlar yardımın dayandırılmasını və Nurduz sərhədinin bağlanmasını tələb edirdi. Bu aksiyada 300-ə yaxın insan tutulmuşdu. Onların arasında 20-yə yaxını qadın milli fəal idi. Saxlanılan etirazçılardan bəziləri qısa müddət sonra azad olunsa da, milli hərəkatın bir çox nümayəndəsi ağır cəza aldı. Bu şəxslərə milli fəaliyyətlərinə görə əvvəllər də xəbərdarlıq olunmuşdu. Onlara hər hansı milli məsələdə təkrar yaxalansalar, ağır cəza veriləcəyi deyilmişdi. Buna baxmayaraq, milli fəallarımız etiraz aksiyalarında iştirak etdi və rejimin qara siyahısına düşdü. Bu günə kimi də müxtəlif bahənələrlə təqib olunurlar. Həbs olunanlar isə üç ildən beş ilədək azadlıqdan məhrum ediliblər. Tutulanlar arasında Pərviz Siyabi, Hüseyn Balaxanı, Mürtəza, Mustafa, Muctaba Pərvin qardaşları, Hamid Heydəri, Məhəmməd Colani, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Süleyman Əlizadə, Əsgər Əkbərzadə, Səccad Colani kimi tanınmış fəallar var idi. Bunlardan Pərviz Siyabi, Süleyman Əlizadə, Hamid Heydəri hal-hazırda həbsdədir. Onlar da bu sərəncamdan yararlanmalıdır. Lakin buna ümid etməyin mənası yoxdur. Çünki rejimin belə humanist tərəfini hələ görən olmayıb", - o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
XƏBƏR LENTİ
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov





