Rusiyaya Türkiyə ilə müharibə lazımdırmı?
Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır. Moskva postsovet məkanını təhlükəsizliyin, iqtisadi inkişafın və Kremlin kimliyinin birbaşa asılı olduğu region kimi qəbul edir. Ukrayna hadisələri ilə bağlı Rusiyanın müxtəlif regionlardakı, xüsusən də Cənubi Qafqazdakı maraqlarını unutduğunu düşünmək səhvdir. Lakin Moskvanın postsovet məkanında istifadə edə biləcəyi alətlər bu gün getdikcə azalır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini, politoloq Dmitri Suslov deyib.
"Bəzi skeptik qiymətləndirmələrə baxmayaraq, Rusiya Ermənistanı tərk etməyəcək. Rusiyanın bölgədən çıxması siyasi vəziyyətin əsaslı şəkildə dəyişməsinə və regional vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarardı. İrəvan Kreml üçün müttəfiq kimi önəmlidir. Antirusiya sanksiyaları fonunda beynəlxalq vəziyyətin mürəkkəbləşməsi kontekstində Moskva Ermənistanı Qərb dünyası ilə mühüm körpü hesab edir. Eyni zamanda, Rusiya İrəvanın Qərbdən üz döndərməsində maraqlı deyil. İrəvandakı mövcud siyasi vəziyyət Moskvanı narahat etməyə bilməz. Çünki Ermənistan hakimiyyəti balanslaşdırılmış siyasət yürütməyi dayandırıb və bu, İrəvanın xarici siyasət vektorunu dəyişməsi ehtimalı ilə bağlı müəyyən narahatlıqlar yaradır", - o bildirib.
Suslov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə hər şey ideal deyil, problemlər var:
"Son zamanlar Ermənistan informasiya məkanında iki ölkə arasında münasibətlərə yenidən baxılması tezisi gündəmə gəlir. Lakin belə siyasətin real nəticələri barədə heç kim düşünmür. Ən əsası isə antirusiya ritorikasının müəlliflərindən heç biri real alternativ təklif etmir. Rusiya qalmaqda maraqlıdır. Kreml İrəvandan bu və ya digər dəstək üçün şərt kimi Rusiya ilə münasibətləri kəsməyi tələb edən Qərbdən fərqli olaraq, Ermənistandan nümayişkaranə rusiyayönlü mövqe tutmasını tələb etmir. Bildiyiniz kimi, Ermənistan hakimiyyəti bu il ölkə ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Həmçinin KTMT-nin Ermənistana monitorinq qrupunun göndərilməsi təklifini də rədd edib. Moskvada bu addımlara narahatlıqla yanaşılır və Ermənistanın hazırkı rəhbərliyinin tam olaraq Qərbə arxalana biləcəyinə dair aydın siqnal kimi qiymətləndirilir. Moskva anlayır ki, erməni cəmiyyətində Rusiya və KTMT-nin İrəvanı müdafiə etmədiyinə dair məyusluq var. Amma Rusiyanın vasitəçiliyi və onun prezidentinin şəxsi səyləri olmasaydı, baş verən proseslərdə vəziyyət daha da pis olardı. İrəvandan tez-tez Rusiyaya Azərbaycan və Türkiyəyə qarşı erməni tərəfini tutmaq tələbləri irəli sürülür. Amma Moskva buna getsə, Cənubi Qafqazda böyük Rusiya-Türkiyə müharibəsi baş verəcək ki, bu da son dərəcə lazımsızdır. Bu, hətta İrəvanın özünün maraqlarına uyğundur. Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibə Moskvanın Ankaradan asılılığını artırır. Ancaq Türkiyə Rusiyanın müttəfiqi deyil. Türkiyə bir tərəfdən onun tərəfdaşıdır, digər tərəfdən isə rəqibdir. Rusiya və Türkiyə bir çox sahədə və müxtəlif bölgələrdə rəqabət aparır. Ankara rəqabəti və əməkdaşlığı birləşdirir və Qərb qüvvələri Rusiyanı böyük dövlət kimi məhv etməyə çalışır. Türkiyə isə öz milli maraqlarından və suveren xarici siyasətindən əl çəkmiş digər NATO ölkələrindən fərqli olaraq öz milli maraqlarını müdafiə edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - (Foto/Video)
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - (Foto/Video)
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
XƏBƏR LENTİ
-
Kəngərlidə ağır qəza - 5 nəfər xəsarət alıb - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - (Video)
-
Sabah Ağdaş, Şəki və Qəbələdə qaz olmayacaq
-
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı
-
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi
-
Külək güclənəcək - xəbərdarlıq
-
Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Deputatların pensiyası ilə bağlı yeni qayda
-
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı
-
Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu





