Türkiyə kimi, necə və niyə seçəcək?
Türkiyə prezidenti R.T.Ərdoğan 18 iyunda keçirilməli olan prezident seçkilərinin 14 mayda keçirələciyini elan etdi. Qərar hakim partiya üçün siyasi cəhətdən məntiqli/məqsədəuyğun idi. İyun ayı Həcc ziyarətgahı və Qurban bayramı vaxtlarına təsadüf etdiyindən hakim ƏİP partiyasının bir çox seçiciləri Türkiyədə olmayacaqdı. Öz növbəsində müxalifət partiyaları seçkilərin yeni seçki qanununun qüvvəyə minməsindən qabaq − 6 aprelə qədər keçirilməsinin tərəfdarı idilər. Yeni seçki qanununa əsasən, parlamentə keçid həddi 7% civarında müəyyən edilir. Praktikada bu o deməkdir ki, növbəti seçkilərdə 6 əsas müxalifət partiyasından yalnız ikisi − CXP və İYİ Partiyaları parlamentdə yer ala biləcəklər.

Seçki prosesi
Milli.Az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, qanunvericiliyə görə prezident seçkiləri iki mərhələli qaydada keçirilir. I turda namizədlərdən heç biri 50%+1 səs toplamadıqda iki ən çox səs toplayan namizəd üçün II tur keçirilir. Hazırda prezident seçkilərinə 6 namizəd (R.T.Ərdoğan, C.Uzan, D.Pərincək, M.İncə, S.Savaş, S.Oğan) var. Qeyd edək ki, Türkiyə müxalifətini özündə ehtiva edən altılı masa (CXP, İYİ partiya, DEVA, Gələcək partiya, Səadət partiyası, Demokrat partiya) hələ vahid namizədini irəli sürməyib. CXP lideri K.Qılıçdaroğlu Ələvi inancından olması, xarizmatik lider olmaması və daim R.T.Ərdoğana məğlub olması digər partiyaların onu dəstəkləməməsinə gətirir. Sünni məzhəbinə aid İstanbul bələdiyyə rəhbəri Ə.İmamoğlu nəinki yerli seçkilərdə iki dəfə hakim partiya namizədinə qalib gəlib, həmçinin qələbə üçün vacib olan kürd seçicilərini öz ətrafına toplaya bilib. Lakin, İmamoğlunun vahid namizəd olmasına Qılıçdaroğlunun müqaviməti və məhkəmə qərarı mane olur. Seçki qabağı PKK terror təşkilatının siyasi qolu sayılan və seçici kütləsinin 10%-ni təşkil edən Xalqların Demokratiya Partiyası (XDP) da xüsusi aktivlik göstərir. XDP-nın altılı masada CXP və DEVA kimi dəstəkçiləri və İyi partiya kimi antoqonisti mövcuddur.
![]()
Qüvvələr nisbəti
Çoxsaylı sorğular içərisində Kadir Has Universiteti və TEAM (Toplumsal Etki Araşdırma Merkezi) tərəfindən aparılan araşdırmaya nəzər yetirmək vacibdir. Kadir Has Universiteti müəyyən etmişdir ki, heç bir namizəd seçkilərdə I turdan qalib gələ bilməyəcək. Ərdoğan digər namizədlərdən öndə olsa da ehtimal ki, I turda qalib olmayacaq. Bununla belə araşdırma müəyyən edib ki, Ərdoğan mövcud namizədlərdən istənilən birinə II turda qalib gələcəkdir. Oxşar nəticələrə TEAM də gəlmişdir. Araşdırmaya görə hakim ƏİP partiyası ayrılıqda 37,5%, MHP ilə birgə isə 44% reytinqə malikdir.
Cənubi Qafqaz konteksti
Erməni politoloq A.İskandaryana görə, əvvəl Ermənistanın şərqində Bakı, qərbində isə Ankara var idi; lakin, Azərbaycan və Türkiyə arasında koordinasiya o səviyyəyə çatıb ki, Ermənistanın hər iki tərəfində "Bakı"dır. Aydındır ki, bu yüksək koordinasiya Ərdoğanın hakimiyyət illərində əldə olunub. Karneqi Fondu Türkiyədə müxalifətçi namizədlər arasında sorğu keçirmişdir. Əksər müxalifətçilər Türkiyə tərəfindən dəstəklənən suriyalı qruplaşmaların tərkisilah edilməsi, Suriyada kürd Demokratik Birlik partiyası ilə əlaqələrin qurulması, S-400 sistemləri ilə bağlı məsələnin aradan qaldırılması, Aİ-yə üzvlüyün irəli çəkilməsi, xarici siyasətdə NATO ilə əlaqələrə vurğunun edilməsi, Aİ ilə əməkdaşlığın artırılması, Rusiya ilə münasibətlərin minimallaşdırılması və Çində uyğur probleminə fokuslanma ilə bağlı verilən suallara müsbət cavab vermişlər. Təsadüfi deyil ki, Ermənistan sülh sazişi prosesini bilərəkdən uzadıb, Türkiyədə yeni şəxsin prezident olmasına ümid edir. Ərdoğanın məğlubiyyətini arzulayan İrəvan, Bakı və Ankara arasında mövcud yüksək koordinasiyanı pozacağına və Qərb vasitəsilə "yeni prezidentə" təsir/təzyiq edəcəyinə ümid edir.

Nəticə
Görünən odur ki, may seçkilərində Ərdoğan qələbə qazanacaqdır. Ərdoğanın yüksək reytinqləri, vahid namizəd məsələsində altılı masa daxilində mövcud ziddiyyətlər, müxalifət-XDP arasında mümkün ittifaqın millətçi kəsim tərəfindən hiddətlə qarşılanması Ərdoğanın qələbəsini şərtləndirən amillərdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
Kəlbəcərdə Bal Festivalı keçirilib - (Foto/Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)





