Siyasət

Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıyacaq

4 Fevral 2023 08:48
Baxış: 631

Britaniya Daxili İşlər Nazirliyi Rusiyanın "Vaqner" özəl hərbi təşkilatını rəsmən terror təşkilatı kimi tanımağı planlaşdırır.

Bu barədə Britaniyanın "Teleqraf" nəşri yazır.

Bildirilir ki, qruplaşmanın terror təşkilatı kimi tanınacağı halda Britaniyada "Vaqner"ə mənsub olmaq, onun tədbirlərində iştirak etmək, habelə onun simvollarını ictimaiyyət qarşısında geyinmək cinayət əməli sayılacaq.

Bununla bağlı müzakirələr hələ ki, ilkin mərhələdədir.

Həmçinin qeyd edilir ki, bu məsələ ilə bağlı yekun qərar SEPAH ilə müqayisədə daha tez veriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.