Siyasət

Prezident Yunanıstan ilə Bolqarıstan arasında açılan interkonnektorun əhəmiyyətindən danışdı

3 Fevral 2023 11:08
Baxış: 540

Mühüm hadisələrdən biri də Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılışı oldu. Bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

İnterkonnektorun açılmasının Bolqarıstana təbii qazın tədarükünə başlamağa imkan verdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, həmçinin interkonnektor vasitəsilə qonşu ölkələrə qaz təchizatının genişləndirilməsini nəzərdən keçirməyə şərait yaradır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.